İdman sevərlər layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)-nin 13.03.23-cü il tarixli 3-29-59/3-2-124 F/2023 nömrəli əmrinə əsasən "İdmansevərlər!" layihəsinin keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanıb təsdiq olunub.
Layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış, rəsm sərgiləri, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulub.
Bu gündə məktəbdə IX siniflər arasında Həndbol yarışı təşkil olunub. İdmansevərlər layihəsinin keçirilməsində əsas məqsəd şagirdlər arasında fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsindən ibarətdir.