"Zəfər yolu" tədbiri

        Məktəbin tədbirlər planına əsasən  V sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında 8 Noyabr - Zəfər Günü münasibətilə "Zəfər yolu" adlı tədbir keçirilib.

        Tədbirdə Azərbaycan Respublikası Himni səsləndirilib. Vətən şəhidlərinin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.

       Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin kitabxana müdiri İlahə Babayeva bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs edib. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən İ.Babayeva tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.

         Şagirdlər tədbirdə Vətən şəhidlərinin  əziz xatirəsinə şeirlər, mahnılar səsləndiriblər. Zəfər Günü ilə bağlı maarifləndirici videoçarx izləyiblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi