Şəhid Şəhriyar Qasımovun ad günü

    Məktəbimizin 44 günlük Vətən Müharibəsi şəhidi Qasımov Şəhriyar Vəzir oğlunun ad günü münasibətilə tədbir keçirilib.

     Ailə üzvlərinin təşkil etdiyi bu, tədbirdə Nərimanov rayon İcra hakimiyyətinin nümayəndələri, məktəb müəllimləri, şəhidimizin ailəsi, iş yoldaşları, qohumları, dostları, sinif yoldaşları iştirak edib. 

  Ş.Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonunda anadan olub. 2013- cü ildə həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsi başlayanda yeniden ordu sıralarına qoşulub. O, Füzuli, Cəbrayıl, Qubadlı, və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib. 

    Tədbirdə şagirdlərimiz şəhidlərə həsr olunmuş şeirlər, mahnılar söyləyiblər. Yaxınları Şəhriyar haqqında xatirələrini qonaqlar ilə bölüşüblər.

    Şəhriyar əbədi olaraq qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi