Təhlükəsiz informasiya axtarışı

       Məktəb psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda məşğələlərə start veriblər.

     İlk məşğələ "Təhlükəsiz informasiya axtarışı" mövzusunda olub. Şagirdlərə ilk öncə reproduktiv sağlamlıqla bağlı göndərilən təlimata əsasən geniş və dolğun məlumat verilib, onları maraqlandıran şəxsi sualların cavabını hansı etibarlı informasiya mənbələrindən əldə etmələrinin məqsədəuyğun olması barədə önəmli informasiyalar şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, şəxsi intim mövzuda onlarda maraq yaradan suallara cavabı həmyaşıdlarından, dostlarından, internet resurslarından deyil, öz valideynlərindən, müəllimlərindən, böyüklərindən, məktəb psixoloqlarından, kitab və jurnallardan əldə etmələri daha təhlükəsiz informasiya imkanına gətirib çıxaracaq. İnformasiyanın etibarlılığından, mötəbərliyindən əmin olmaq üçün veb-səhifələrin hansı məqsədlər görə istifadə edilməsi barədə geniş söhbətlər aparılıb. Həmçinin şagirdlərlə "Kor və bələdçisi" oyunu təşkil olunub. Oyunun sonunda şagirdlər etibarlı informasiya mənbəyi anlayışını izah ediblər, onları maraqlandıran suallara cavab axtarmaq üçün taktika müəyyənləşdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi