"Mən və mənim əhatəm" mövzusunda qrup məşğələsi

Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova VIII sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda qrup məşğələləri təşkil ediblər.
Məşğələlərin əsas məqsədi şagirdlərin özləri haqqında yoldaşlarının fikirləri, öz müsbət və mənfi cəhətlərinə adekvat yanaşma tərzinə yiyələnmək, sinifdaxili qruplaşmalar və onların səbəbləri, dostluğun meyarları, mehriban davranışı fərqləndirən əsas əlamətlər barədə şagirdlərin fikirlərinin öyrənilməsi, yeniyetməlik dövründə dostluğun əhəmiyyəti və xüsusiyyətləri istiqamətində maarifləndirmə və profilaktik işin həyata keçirilməsi olub.