Məktəbdaxili olimpiada

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq, Respublika fənn olimpiadasının ilkin məktəbdaxili mərhələsi keçirilib.
Olimpiada məktəbin IX, X və XI sinif şagirdlər arasında Azərbaycan dili və ədəbiyyat, coğrafiya, tarix, informatika, kimya, biologiya və fizika olmaqla 8 fənn üzrə təşkil olunub. Məktəbdə olimpiadanın şəffaf, obyektiv və tələb olunan səviyyədə, eləcə də Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün təşkilat komitələri yaradılmış, bütün lazımi tədbirlər görülmüşdür. Xatırladaq ki, qalib olan şagirdlər olimpiadanın növbəti rayon mərhələsinə vəsiqə qazanacaqlar. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarət olub.
Fənn olimpiadasında 135 nəfər IX-XI sinif şagirdləri iştirak edib. Olimpiadada nəzarətçilər qeyri- ixtisas fənn müəllimlərindən təyin edilib.