"Reproduktiv sağlamlıq" mövzusunda IX sinif valideynləri ilə maarifləndirici söhbət
Məktəbdə IX sinif şagirdlərinin valideynləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar təşkil olunub.
Seminar məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova, tibb işçiləri Ülviyyə Şamilova və Rəmziyyə Əliyevanın birgə təşkilatçılığı ilə baş tutub. Yeniyetmə yaşlı şagirdlərin mövcud problemləri barədə valideynlərlə müzakirələr aparılıb, fikirləri dinlənilib.
Daha sonra yeni dərs ilində sinif saatları hesabına şagirdlərlə keçiriləcək mövzular : "Təhlükəsiz informasiya axtarışı", "Gəncliyin ilk baharı" ( qızlar və oğlanlar üçün ayrılıqda), "Reproduktiv sağlamlıq nədir" ( qızlar və oğlanlar üçün ayrılıqda), "Yeniyetmələrin sirrləri" ( qızlar üçün şəxsi gigiyena qaydaları) barədə valideynlər məlumatlandırılıb. Həmçinin uşaqlara qarşı zorakılıq və onun profilaktikası, zorakılığın fiziki, cinsi, etinasız münasibət, psixoloji (emosional) növləri, zorakılıq hallarının daha çox baş verdiyi ailələrin xüsusiyyətləri, fiziki və emosional zorakılığın tərbiyə üsulu olmadığı, destruktiv davranış olduğu və s. fikirlər barədə geniş məlumatlar valideynlərin diqqətinə çatdırılıb. Məqsəd şagirdlərin təhlükəsiz mühitdə sağlam inkişaflarına dəstək olmaqdır.