"Reproduktiv sağlamlıq" mövzusunda valideynlərlə maarifləndirici söhbət
Məktəbin fəaliyyət planına əsasən VIII sinif şagirdlərinin valideynləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar təşkil olunub.
İclasda məktəbin psixoloqları Zülfiyyə Məsimova və Aytən Məmmədova, tibb işçiləri Rəmziyyə Əliyeva və Ülviyyə Şamilova, biologiya müəllimi Sədaqət Nuriyeva, sinif rəhbəri Vəfa Mustafayeva iştirak ediblər.
Seminarın əsas məqsədi cinsi yetişkənlik dövründə uşaqların labüd problemləri barədə məsləhətləşmələr aparmaq, valideynlər və onların övladları arasında yeniyetməlik dövrü böhranı zamanı münasibətləri, qarşılıqlı anlaşma, yeniyetmələrdə reproduktiv sağlamlıq, cinsi zorakılıq, QİÇS və cinsi yolla yoluxan infeksiyaların qarşısının alınması, zərərli vərdişlərə aludə olmaq təhlükəsindən şagirdləri qorumağın yolları barədə valideynlərlə maarifləndirmə işini həyata keçirtmək olub.