VI və IX siniflərdə monitorinq keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)-nin təşkilatçılığı ilə məktəbdə VI və IX siniflər üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etməkdən ibarət olub.
Monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb.
Tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.
Monitorinqdə IX sinif üzrə 157 nəfər, VI sinif üzrə isə 129 şagird iştirak edib.
Nəzarətçilər qeyri-ixtisas fənn müəllimlərindən təyin edilib. İngilis dili fənni şagirdlərə dinləmə cihazı vasitəsilə dinlədilib.