Ana dili dərsləri dinlənilib

    Məktəbdə ana dili dərslərinin dinlənilməsi ilə bağlı 9A sinfində Elnurə Haqverdiyevanın nümunəvi dərsi dinlənilib. 

   Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev və Azərbaycan dili müəllimi İlhamə Mahmudova iştirak edib. Nümunəvi dərs "Mətn üzrə iş" mövzusuna həsr olunub.

   E.Haqverdiyeva dərs müddətində pedaqoji prosesin tələblərinə əməl edərək dərsi interaktiv metod və üsullarla təchis edib. Şagirdlərin qrupda əməkdaşlığı və aktivliyi diqqət çəkib. Oxuyub-anlama bacarığının inkişaf etdirilməsində müxtəlif üsul və vasitələrdən istifadə edilib. 

    Sonda açıq dərs müzakirə edilib və yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi