Yol hərəkət qaydalarını öyrənək mövzusunda sinif təşkilat saatı
"Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” na uyğun olaraq məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən 6Ç sinfində "Yol hərəkət qaydalarını" öyrənək mövzusunda sinif təşkilat saatı keçirilib. Sinif təşkilat saatında uşaqlar yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirib, küçə və yollarda qaydalara düzgün əməl etməyin vacib olduğunu bildiriblər və hazırladıqları nişanları böyük həvəslə nümayiş etdiriblər.
Daha sonra şagirdlərə yol nişanları haqqında ətraflı məlumat verilib və onları nişanlarla tanış ediblər.
Sonda şagirdlər tədbirlə bağlı videoçarx izləyiblər.