Monitorinq

     Bu gün məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)- nin təşkilatçılğı ilə məktəbin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənnindən monitorinq keçirilib. 

   Monitorinqdə IV siniflər üzrə 134 nəfərdən-15 nəfəri, VI, VII, VIII siniflər üzrə 584 nəfərdən 45 nəfəri üzürlü səbəbdən iştirak etməmişlər. Cəmi məktəb üzrə 718 nəfər şagird iştirak edib. İştirak edən şagirdlərin faizi 91.7 olub. 

    Monitorinqin keçirilməsində əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsindən ibarət olub.

   Şagirdlərə 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib. Nəzarətçilər qeyri-ixtisas fənn müəllimlərindən təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi