Beynəlxalq məktəb kitabxanaları günü

    Kitabxana dedikdə ilk növbədə düşüncələrimizdə kitablarda dolu olan bir aləm canlanır. O aləm ki, orda uşaqlar və böyüklər üçün bədii ədəbiyyatlar, lüğətlər, ensiklopediyalar yer alır.

      21-ci əsr mütaliənin geniş inkişaf etdiyi dövrdü. Bununla əlaqədar olaraq biz kitabxanaçılar müxtəlif tədbirlər müsabiqələr təşkil edirik.

      Bu gün məktəbimizdə V-VII sinif şagirdləri üçün sərgi təşkil edilib. Kitabxana müdiri İlahə Babayeva şagirdlərə mütaliəyə olan diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs edib.

     Şagirdlər kitabların düzülüş formalarına belə diqqətlə nəzər yetiriblər, kitablar haqqında müxtəlif fikirlər səsləndiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi