Yol hərəkət qaydalarına dair maarifləndirmə

    “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı şagirdlər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə məktəbin tədbirlər planı hazırlanıb.

    Tədbirlər planına əsasən ibtidai sinif şagirdlərinin iştirakı ilə Yol hərəkət qaydalarını öyrənək mövzusunda tədbir təşkil olunub.             

    Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər yol hərəkət qaydaları ilə bağlı hazırladıqları təqdimatları və əl işlərini nümayiş etdiriblər.

      Sonda yol hərəkət qaydalarının vacibliyini əks etdirən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi