Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb
Oktyabrın 2-də məktəbimizdə beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 4 sinif üzrə 12 məşğələ keçirilir. Qrupda dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Məktəbin direktoru X. Məmmədova məktəbəhazırlıq qruplarında ilk məşğələ prosesini izləyib, balacaları təbrik edib, onlara Vətənə layiqli övlad kimi böyümələrini arzulayıb.