"Vətən uğrunda döyüşən hər bir əsgər bir qəhrəmandır"

       Anım Günü ilə bağlı məktəbimizdə  xüsusi dәrs, seminar, mühazirə, “Dəyirmi masa”, foto və rəsm sərgiləri keçirilib. 

     Məktəbin tarix müəllimi Aynurə Osmanovanın təşkilatçılığı ilə "Vətən uğrunda döyüşən hər bir əsgər qəhrəmandır" mövzusunda açıq dərs təşkil olunub.

      Açıq dərsdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Dərsdə A.Osmanova çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, düşmənə sarsıdıcı zərbələr endirib. Bu yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırılıb. Dərs zamanı 44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi