"Şəhidlər ən ali qürur mənbəyimizdir"

       27 sentyabr Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızı yad etmək məqsədi ilə "Şəhidlər ən ali qürur mənbəyimizdir" adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni kilə açıq elan olunub. Daha sonra canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

     Tədbirin təşkilatçısı Bilurə Əliyeva bu Zəfəri bizə yaşadan şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpağa tökülən qanla tariximiz, şanlı qələbəmiz - 9 noyabr - təqvimimizə qızıl rəqəmlərlə yazıldığını qürurla söyləyib.

      O, vurğulayıb ki, 19 sentyabr 2023 – cü ildə ermənilərin törətdiyi mina terroru nəticəsində polis əməkdaşlarının həlak olmasından sonra Azərbaycanın Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirdi və 23 saat 43 dəqiqə ərzində erməni hərbi dəstələrinin təslim olduğunu vurğuladı. Beləliklə,  bu qələbənin xalqımızın növbəti zəfəri kimi tariximizin şanlı səhifəsinə yazıldığını söyləyib.

   Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş mahnı və şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi