Pedaqoji şuranın iclası
14.09.2023-cü il tarixində məktəbdə Pedoqoji Şuranın iclası keçirilib. İclasda məktəbin direktoru Xoşqədəm Bağırova, direktor müavinləri Qurban Mustafayev, Nigar Xudiyeva, Vüsalə Rəcəbova, məktəbin psixoloqu Aytən Məmmədova çıxış ediblər. Çıxış sözünü açan məktəbin direktor Xoşqədəm Məmmədova 2023-2024-cü tədris ilinin başlanması münasibəti ilə müəllimlərə uğurlar arzulayaraq qarşıda duran hədəflərimiz barədə geniş məlumatı onların diqqətinə çatdırıb. Belə ki, "Heydər Əliyev İli" çərçivəsində fəaliyyətin davam etdirilməsi, sağlam və təhlükəsiz mühitin yaradılması, Dövlət dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, ümumi tədrisin səviyyələri üzrə tədrisin keyfiyyətinin artırılması, məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, dərsə davamiyyəti aşağı olan, təhsildən yayınan şagirdlərin davamiyyətini izləyən sistemin təkmilləşdirilməsi və s. məsələlər barədə ətraflı məlumat verib. Qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra göstərişlər verib.
Direktor müavini Qurban Mustafayev tədris prosesinin həyata keçirilməsində baş verə biləcək nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə danışıb. Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Vüsalə Rəcəbova nizam-intizam və şagird davranış qaydalarına riayət olunması barədə məsələri işıqlandırıb.
Psixoloq Aytən Məmmədova məktəbdə sağlam psixoloji mühitin formalaşmasında müəllimlərin əvəzsiz rolundan və bu işdə birgə əməkdaşlığın hər zaman davam etdirilməsinin önəmindən danışıb, daha çox diqqət yetirilməsi vacib olan məsələlər barədə bir sıra tövsiyələr verib.