"Beynəlxalq insan hüquqları" haqqında maarifləndirici söhbət
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər məktəbimizdə də təşkil olunub.
Məktəb psixoloqu Aytən Məmmədovanın təşkilatçılığı ilə şagirdlərlə "Hüquqlarımızı bilək" başlığı altında maarifləndirici silsilə seminarlar keçirilib. Seminarlarda şagidlərə mövzu haqqında ətraflı məlumat verilib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışılıb. Həmçinin, bu sahədəki mövcud qanunvericilik sahəsində həyata keçirilən fəaliyyətlər barədə fikirlər səsləndirilib, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Daha sonra “Beynəlxalq insan hüquqları” mövzusunda söhbət aparılıb, şagirdlərə insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı, insan hüquq və azadlıqlarının kataloqunu, ayrı-ayrı növlərini müəyyən edən beynəlxalq sənədlər barədə məlumat verilib.
Aytən Məmmədova yekun çıxışında ölkəmizdə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən də danışıb.