Gənclərin Vətəni qorumaq üçün mənəvi-psixoloji hazırlığı

       2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. 

      Tədbirlər planına əsasən gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşı Leytenant Toğrul Həsənov, məktəbin Gənclərin çağrışaqədərki hərbi rəhbəri Emin Əliyev və psixoloq Aytən Məmmədovanın birgə təşkilatçılığı ilə tədbir keçirilib.

       Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbiri giriş sözü ilə açan Leytenant Toğrul Həsənov hərb peşəsinə yiyələnmək arzusunda olan şagirdlərin suallarını cavablandırıb, bu peşənin müqəddəsliyindən danışıb. T. Həsənov çıxışında vurğulayıb ki, müasir Azərbaycan Ordusunun qurucusu, Ümummilli Lider Heydər Əliyevin gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi yanaşdığını şagirdlərin diqqətinə çatdırıb.

   Psixoloq Aytən Məmmədova çıxışında vətənpərvərlik tərbiyəsi, Vətənə sevgi və məhəbbət hissinin yüksəldilməsi, eləcə də qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaş məsuliyyəti, hər an Vətənin və xalqın müdafiəsinə qalxmağın vacibliyini vurğulayıb.

   Hərbi rəhbər Emin Əliyev yekun çıxışında bu işdə birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, şagirdlərimizi Mübarizlər, Çingizlər, Poladlar... kimi mərd, cəsur, Vətənə bağlı gənclər kimi yetişdirməyin ən önəmli məsələ olduğunu qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi