"Dəyərlərimizi qoruyaq" adlı layihə
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Dahi Lider Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas edib.
Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.
Bu məqsədlə məktəbin kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə V-VI sinif şagirdləri " Dəyərlərimizi qoruyaq" adlı layihə hazırlayıblar. Layihədə şagirdlər milli atributlardan olan buta, xalça, Azərbaycan xalqının geyimləri haqqında məlumat verib və rəsmlər çəkiblər.