RFO və Lütfi Zadə adına məntiq olimpiadasında şagirdlərimizin uğuru
2022-2023 cü tədris ilində Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadən irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
Eyni zamanda VI-VII sinif şagirdləri arasında Fənn müsabiqələrinin (RFO) rayon (şəhər) mərhələsi keçirilib. Müsabiqə 7-ci sinif şagirdləri arasında fizika, kimya, biologiya, 6-cı sinif şagirdləri arasında isə riyaziyyat və informatika fənləri üzrə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarət olub
Müsabiqədə iştirak edən məktəbimizin şagirdləri qaliblər sırasında olub. Onlara uğurlar arzulayırıq.
1.Paşazadə Oğuz Anar- 64.5 bal. VI sinif
2.Əfsərli Mehdi Rəşmin-60 bal. VI sinif
3.Nsibov Sənan Nəsib -50,5 bal. VI sinif
4.Quliyev Vəli Şahvələd-62 bal. VIIsinif
5.Həsənli Sevinc İqbal-37 bal. VII sinif
6. Mirzəyeva Fidan Mirağa-34 bal. VII sinif
7.Yusifli Sevgi Fərid-19,5 bal-V sinif