"Tarix yazan sərkərdə"
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar məktəbdə "Tarix yazan sərkərdə" adlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Bilurə Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğma Vətəninin və xalqının mənafelərinə xidmət edən dövlətçilik strategiyasından, Azərbaycan təhsilində gördüyü mühüm işlərdən ətraflı söhbət açıb, Ulu Öndərin yürütdüyü uğurlu daxili və xarici siyasət kursunun Azərbaycanın davamlı tərəqqisinə gətirib çıxardığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi xətti müvəffəqiyyətlə davam etdirməsi nəticəsində ölkəmizin durmadan inkişaf edərək dünya arenasında özünün layiqli yerini tutduğunu xüsusi vurğulayıb.
Tədbirdə uşaqlar Heydər Əliyevlə bağlı şeirlər, kəlamlar və mahnılar səsləndirib, hazırladıqları kompozisiyaları nümayiş etdiriblər.
Eləcə də istedadlı uşaqlar dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini çəkdikləri rəsmlərlə ifadə ediblər.