Nizam intizam şurasının valideynlərlə görüşü keçirilib

      "Ümumitəhsil müəssisələrində şagird davranış qaydalararı"nın tətbiqi ilə bağlı silsilə tədbirlər davam etdirilir.   Şagird davranış qaydalarına münasibətini öyrənmək üçün Nizam İntizam Şurası (NİŞ) məktəbdə valideynlərlə yenidən görüş keçirib. İclası NİŞ-in üzvü, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Vüsalə Rəcəbova çıxış sözü ilə açaraq "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq olunduğu gündən bu günə qədər olan müddətdə şagirdlərin davranışlarlnda baş verən müsbət dəyişikliklər barədə valideynləri məlumatlandırıb. Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimova baş verən nöqsanların aradan qaldırılması istiqamətində bir sira tövsiyyələr veriblər. İclas zamanı UBTR Günay Şükürova da öz çıxışında valideynlərin suallarını cavablandırıb. Bundan əlavə valideynlərin şagird davranış qaydalarına münasibətini öyrənmək məqsədi ilə onlayn sorğu keçirilib. Sorğuda 181 valideyn iştirak edib. Onların 84,5%-i "Şagird davranış qaydalarından razısınızmı?" sualına "bəli", 8,8%-i "qismən", 5,5%-i isə "xeyr" deyə cavab veriblər. "Qaydaların tətbiqinə riayət edirsinizmi" sualına 95% valideyn "bəli", 3% "qismən", 2% isə "xeyr" deyə cavab verib. Valideynlərin istək və təklifləri dinlənilib, müvafiq münasibət bildirilib. Bu cür sorğuların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi