Xalça muzeyinə şagirdlərin ekskursiyası
Məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə VI B sinif şagirdlərinin Azərbaycan Milli Xalça muzeyinə ekskursiyası təşkil olunub.
Şagirdlər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı - ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən xammal və ləvazimatlarla tanış olublar. Azərbaycanın zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verilib. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdləri xalqımızın zəngin mədəniyyəti, yüksək milli mənəvi və mədəni dəyərləri barədə biliklərini artırmaqdır. Şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.