Şagirdlərə rəğbətləndirmə kartları təqdim olunub

      Məktəbimizdə "Ümumitəhsil müəssisələrində şagird davranış qaydaları" nın tətbiqi ilə bağlı bir sıra tədbirlər görülüb. Bu gündə bir qisim şagirdlərə Nizam İntizam Şurasının (NİŞ) qərarı ilə yaşıl kartlar, yəni rəğbətləndirmə kartları təqdim olunub. Şagirdlər müxtəlif alt meyarlara görə:

 1. Nizam-intizam; 1.1 Şagird davranış qaydalarına riayət; 1.2 Davamiyyət və punktuallıq; 1.3 Milli dəyərlərə hörmət

2. Sosial məsuliyyət; 2.1 Nümunəvi əxlaqi davranış. 2.2 İctimai-sosial tədbirlərdə fəal iştirak; 2.3 Liderlik bacarıqları, innovativlik və təşəbbüskarlıq.

3. Akademik və sosial fəaliyyətlər; 3.1Yarımillik və illik qiymətləndirmə nəticələri; 3.2 Məktəbdaxili yarış və müsabiqələrdə, yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak; 3.3 Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə fəal iştirak meyarlarına görə rəğbətləndirmə kartları qazanıblar. Şagirdlərimizi münsiflər heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi