"Deviant davranışların profilaktikası"

Məktəbimizdə psixoloqlar tərəfindən uşaq və yeniyetmə yaş qrupu olan şagirdlərlə mütəmadi olaraq "Deviant davranışların profilaktikası" mövzusunda maarifləndirici tədbirlər və seminarların təşkili davam etməkdədir.
Bu məqsədlə görülən işlərin davamı olaraq məktəbin psixoloqu Aytən Məmmədova 6A və 6B sinif şagirdləri ilə maarifləndirici seminarlar təşkil edib, profilaktik söhbətlər aparıb. A.Məmmədova bildirib ki,deviant davranış cəmiyyət tərəfindən qəbul edilmiş sosial normalardan kənara çıxma halıdır. Deviant davranışlara xuliqanlıq, yollarda ehtiyatsızlıq, narkomaniya, alkoqol və ya siqaretdən asılılıq, maddələrdən sui-istifadə, nalayiq davranış, vəhşilik, qumar asılılığı və s. aiddir.
Qısaca deviant davranış hüquqi müstəvidə qiymətləndirilməyən normadankənara çıxma davranışlardır. Seminarların keçirilməsində əsas məqsəd şagirdləri deviant davranışların mənfi nəticələri barədə mütəmadi məlumatlandırmaq və onları bu tip davranışlardan uzaq tutmağa çalışmaqdır.