Bakı Zooloji Parkına ekskursiya
Məktəbin coğrafiya müəllimi Hüsniyyə Kaçarın təşkilatçılığı ilə canlı aləm təbəqəsi ilə tanışlıq layihəsi çərçivəsində Bakı Zooloji Parkına şagirdlərin ekskursiyasını təşkil edib. Şagirdlər zooparka gətirilmiş bir çox yeni heyvan növlərini görməklə yanaşı həmdə bu növlərin hansı təbii zonalarda, təbii halda məskunlaşması ilə bağlı maraqlı məlumatlar əldə ediblər. Dərs ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olub.