"İdman sağlamlıqdır" mövzusunda əl işləri nümayiş olunub
BŞTİ- nin 13.03.2023- cü il tarixli 3-29-59/3-2-124 F/2023 nömrəli əmrinə əsasən "İdmansevərlər" layihəsinin keçirilməsi ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən "İdmansevərlər" layihəsi çərçivəsində IID sinif şagirdləri tərəfindən "İdman sağlamlıqdır" mövzusunda əl işləri nümayiş olunub. Tədbirlərin keçirilməsində məqsəd fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanı şagirdlər arasında sevdirməkdən ibarət olub.