Qırğızıstan məktəbi ilə onlayn görüş
Məktəbimizin 11A sinif şagirdləri OCEP layihəsi çərçivəsində Qırgızıstanın H.Əliyev adına 20 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdləri ilə canlı baglantı qurublar.
Görüşdə şagirdləri maraqlandıran suallarla Qırgızıstan məktəblilərinə müraciət ediblər.
Şagirdlər buraxılış imtahanları, son zəngə hazırlıqlar haqqında suallar veriblər. Qırgızıstan məktəbliləri də şagirdlərimizin hansı ixtisasa yiyələnmək istədiklərini və hansı universitetləri seçdikləri ilə baglı suallar veriblər. Şagirdlər bir biri ilə maraqll dialoq qurublar.
Azərbaycanın və Qırgızıstanın görkəmli şəxsiyyətləri haqqında biliklərini bölüşüblər.
Biz inanırıq ki , Azərbaycan və Qırgızıstan qardaşlıgı əbədi olaraq davam edecek.