Imtahan stressinin idarə olunması

      Məktəbin psixoloqu Aytən Məmmədova IX sinif şagirdləri ilə "İmtahan stressinin idarə olunması" mövzusunda seminar təşkil edib.

     O, çıxışında bildirib ki, imtahan şəxsin biliklərini yüzdə yüz ölçən bir sistem olmasa da imtahana girmək qədər "İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?" qayğısı, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri şagirdlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur və bunun nəticəsində şagird imtahanda biliklərini layiqincə ifadə edə bilmir. Nəticədə öz potensialından aşağı bal toplayır. Qeyd olunub ki, bu yaşanan stressi və həyəcanı demək olar ki, hər kəs və indi onlara dəstək olmağa çalışan psixoloq da yaşayıb. İmtahan stressinin səbəbləri izah olunub, stressi azalda biləcək tövsiyələr; düzgün qoyulan hədəflər, yuxu rejimi, yüngül qidalanma, imtahana erkən getmə, imtahanda vaxtın düzgün idarə olunması və özünə inam barədə geniş məlumatlar verilib. Məqsəd şagirdlərə imtahan öncəsi stressin azaldılmasına dəstək olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi