Heydər Əliyev mərkəzinə şagirdlərin ekskursiyası
Azərbaycan Respublikasında 2023 cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 19.12.2022- ci il tarixli F-709 nömrəli əmrinə əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Tədbirlər planına əsasən məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dərnək rəhbəri Vüsalə Əhmədovanın təşkilatçılığı ilə şagirdlərin Heydər Əliyev mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı şagirdlərə Heydər Əliyevin keçdiyi həyat yolu, uğurları, xalqımız üçün əvəzsiz xidmətləri haqqında şagirdlərə geniş məlumat verilib. Həmçinin şagirdlər Azərbaycan tarixini, milli-mənəvi dəyərlərimizi özündə qoruyub saxlayan eksponatlarla tanış olublar.