Yeniyetmə yaş qrupu olan şagirdlərin valideynləri ilə işin təşkili

        Məktəbin psixoloqları Aytən Məmmədova, Zülfiyyə Məsimova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbovanın birgə təşkilatçılığı ilə məktəbin yeniyetmə yaş qrupu olan şagirdlərin valideynləri ilə bir sıra mövzularla bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə "Yaş xüsusiyyətləri və aparıcı fəaliyyət növləri", "Yeniyetməlik yaş böhranı və krizisin simptomları", "İntiharın səbəbləri və onun profilaktikası", "İmtahan qabağı stress və onun idarə olunmasında övladlara dəstək", "Yeniyetmə yaşlı uşaqlarla həssas davranış" və bir sıra aktual məsələlər mövzusunda geniş söhbətlər aparılıb. Həmçinin, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" nın, "Özünürefleksiya" korreksiyaedici tədbirin, "Bildiriş məktubu", " Sinif davranış jurnalı" nın məzmunu, qaydalar və prosedurlar barədə məlumatlandırıldıqdan sonra valideynlərin rəy və fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirilib. Valideynlərin məktəbə münasibəti öyrənilib. Sonda onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi