"Pİ" Günü
Hər il 14 mart tarixi dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) kimi qeyd olunur. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib. Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni — 3,14. Bu ifadəyə nəzər yetirsək, "Pi" kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur.
Bu münasibətlə bu gün məktəbimizdə “Pi Günü-Dünya riyaziyyatçılar Günü" münasibətilə 7-ci sinif şagirdləri arasında "Bilik yarışı" keçirilib. “Pi” günündə şagirdlər “Pi” ədədi haqqında məlumat verib, hazırladıqları slaydları təqdim ediblər. Şagirdlər çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən” π” riyazi kəmiyyətini çəkdikləri rəsmlərdə, əl işlərində nümayiş etdiriblər. Bu gün görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edib.
Yarışmada 3 komanda yarışıb: "N.Tusi", "Pifaqor", "Eynşteyn" komandaları. Turlarda finalçılar seçilib və yarışma 2 komandanın bərabər qalibiyyəti ilə yekunlaşıb. Yarışma sualları məktəbin riyaziyyat müəllimləri tərəfindən təşkil edilib. Yarışmanın keçirilməsində məqsəd bir daha riyaziyyat elmini şagirdlərə sevdirməkdir.