Cinsi tərbiyə və mərhəmət təlimi
Məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimovanın təşkilatçılığı ilə yeniyetmə yaş qrupu olan şagirdlərlə "Cinsi tərbiyə və məhrəmiyyət təlimi" başlığı altında maarifləndirici seminar keçirilib. Cinsi tərbiyə oğlan və qızların mənəvi mədəniyyətə yiyələnmə prosesi olub, cinslərin qarşılıqlı münasibətləri ilə bağlı onlarda əxlaq normalarını formalaşdırması məqsədi daşıyır. Cinsi tərbiyə şəxsiyyətin hərtərəfli və ahəngdar formalaşdırılmasının tərkib hissələrindən biri olub, uşaqların psixoloji, mənəvi, fiziki və gigiyenik cəhətdən sağlam böyümələrinə təsir edir. Bu mənada cinsi tərbiyə geniş anlayış olub qızın qadın, oğlanın isə kişi haqqında düzgün təsəvvürlərə yiyələnməsini nəzərdə tutur. Burada bir sıra sosioloji və psixoloji məqamlar öz ifadəsini tapır. Maarifləndirmə prosesinin əsas məqsədi gənc nəsildə hisslər mədəniyyətini tərbiyə etmək,oğlan və qızlar arasında mənəvi münasibətləri formalaşdırmaq, cinsi, bioloji və sosial problemlər haqqında sadə elmi təsəvvürlər yaratmaq, şagirdlərə qadın və kişinin inkişaf qanunauyğunluqları haqda zəruri məlumatlar vermək,davranış xüsusiyyətlərinə dair elmi anlayışlar formalaşdırmaq, qızlarda qadınlıq-analıq, oğlanlarda kişilik-atalıq keyfiyyətlərini inkişaf etdirmək olub.