İntiharın profilaktikası

        Məktəbin psixoloqu Aytən Məmmədova yeniyetmə yaş qrupu olan VII, VIII, IX sinif şagirdləri ilə "İntiharın profilaktikası" başlığı altında psixoprofilaktik seminar təşkil edib. İnsanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldməsi, mənəvi boşluq, ümidsizlik yaratması, hər hansı fəaliyyətə, aktivliyə marağın sönməsi barədə müxtəlif faktlar və fikirlər səsləndirilib. Belə halların da sonda intihara yol aça biləcəyi bildirilib. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsinin çox önəmli olduğu vurğulanıb. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan  şərait və vasitələrdən istifadə etməyin vacibliyi göstərilib. Şagirdlərin özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunmalarının müsbət nəticələr verəcəyi qeyd olunub. Bundan əlavə intiharın əsas səbəbinin depressiya olduğu, amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi halların da  intihara meyillilik yaratması barədə geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi