Şagird davranış qaydaları
Ümumi təhsil müəssisəsində şagird davranış qaydalarının tətbiqi istiqamətində məktəbdə bir sıra tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Şagird davranış qaydaları ilə əlaqədar məktəbdə nizam-intizam şurası yaradılıb, fənn müəllimləri və sinif rəhbərləri ilə söhbətlər aparılıb sinif otaqları və məktəbin dəhlizində şagird davranış qaydaları tərtib olunub. Şagird və valideynlərə qaydalar və davranış səviyyələri haqqında ətraflı məlumat verilib. Sinif davranış jurnalları tərtib olunub. Məqsəd əlverişli öyrənmə mühiti, fiziki təhlükəsizlik, məktəb-valideyn münasibətlərini möhkəmləndirməkdir.