İdman həftəsi 2-ci gün
27 fevral - 3 mart tarixlərdə İdman həftəsi çərçivəsində məktəbdə bir sıra tədbirlər həyata keçirilib. İdman həftəsi çərçivəsində II günün proqramına əsasən 28 fevral 2023- cü il tarixdə məktəbin idmançı məzunlarının iştirakı ilə idman nailiyyətləri olan şagirdlərlə "Dəyirmi masa" ətrafında maarifləndirici söhbət aparılıb. İdmançı məzunlarımız əldə etdiyi nailiyyət və uğurlarını şagirdlərlə bölüşüblər. dman həftəsinin keçirilməsin də əsas məqsəd şagirdlər arasında idmana olan marağın artırılması və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Sonda idmançı məzunlar gələcək idmançılara öz tövsiyyələrini veriblər.