İdman həftəsi

       Məktəbin psixoloqu Aytən Məmmədova "İdman həftəsi" çərçivəsində idman yarışlarına hazırlaşan şagirdlərin psixoloji yanaşmasını təmin etmək, onlarda motivasiya və ruh yüksəkliyini artırmaq məqsədi ilə psixoprofilaktik seminar təşkil edib. İdmançıların yarışlara psixoloji hazırlığı, onların temperament, xarakter, yaş, idman fəaliyyətindəki təcrübəsi, yarışların miqyası, əhəmiyyəti və keçirildiyi şərait və mühitlə əlaqələndirilib. İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılıb. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün izah olunub - idmançı modelinin yaradılmasına səy göstərilib. İdmançı-məşqçi münasibətlərinin tənzimlənməsi barədə geniş məlumat verilib.

       Sonda dünya, Avropa, Olimpia yarışlarında medal qazanmış idmançılarımızın nəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi