"Ana harayı" başlığı altında "Dəyirmi masa"

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tarix müəllimi Aynurə Osmanova 9Ç sinfində "Ana harayı" başlığı altında "Dəyirmi masa" təşkil edib. "Dəyirmi masa" da ilk öncə Xocalı soyqrımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra A. Osmanova çıxış edərək bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalıya hücum edib, dinc əhaliyə divan tutublar. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib.
Masada şagirdlər şeirlər söyləyib, hazırladıqları referetları nümayiş etdirib, soyqırım haqqında fikirlərini nəql ediblər. Sonda faciədə amansızcasına qətlə yetirilən soydaşlarımız haqqında sənədli film izləyiblər.