Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi
26 Fevral– Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 6 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi Xocalı Soyqırımının 31-ci ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin təsviri sənət üzrə bacarıqlarının inkişaf etdirilməsi olub.
Müsabiqənin nəticələrinə əsasən məktəbimizin 7A sinif şagirdi Abdullayeva Mələkxanım Gündüz qızı III yerə layiq görülüb. Şagirdimizə uğurlar arzu edirik.