Xocalı soyqırımı "Faciədən doğan intiqam"
“Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən 24.02.2023-cü il tarixində məktəbin tarix müəllimləri Bilurə Əliyeva və İlhamə İbrahimova tərəfindən VII, VIII, IX, X sinif şagirdləri ilə xüsusi dərslər, "Dəyirmi masa" və tədbir təşkil olunub. İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra "Xocalı soyqırımı: insan hüquqlarının pozulması" başlığı altında keçirilən tədbir və xüsusi dərslərdə şagirdlər şeirlər səsləndirib, hazırladıqları esselər barədə geniş məlumat veriblər. Hiyləgər düşmənin məkirli niyyətlərindən danışılıb, lakin buna baxmayaraq Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi rəşadət nəticəsində tarixi torpaqlarımızın bir hissəsini düşmən tapdağından azad edərək onların niyyətlərinin puç edilməsi barədə müxtəlif faktlar və fikirlər səsləndirilib. Həmçinin xalq-ordu birliyi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olan Zəfər barədə də danışılıb. Sonda Zəfərimizi əks etdirən videoçarxlar nümayiş olunub.