"Xocalı soyqırımı" başlığı altında maarifləndirici söhbət

      Məktəbin psixoloqu Aytən Məmmədova şagirdlərdə tarixi yaddaş, qan yaddaşının formalaşdırılması, onlarda Vətən uğrunda şəhid olanların qəhrəmanlıq nümunəsində ülvi və müqəddəs hisslər aşılamaq məqsədi ilə IV və V sinif şagirdləri ilə "Xocalı soyqırımı: xalqa qarşı zorakılıq", "Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" başlığı altında maarifləndirici seminarlar təşkil edib. 

      İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ermənilərin Xocalı faciəsini törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək məqsədləri olduğu, lakin hiyləgər düşmənin məqsədinə çata bilməməsi, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşməsi, qəhrəmanlıq və dəyanət nümayiş etdirməsi barədə danışılıb.Seminarların sonunda Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi rəşadətin, xalq birliyinin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olan Zəfər barədə geniş məlumat verilib. Zəfər tariximizin qəhrəmanlığını əks etdirən videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi