"Reproduktiv sağlamlıq" mövzusunda seminar

         Məktəbin tibb işçisi Rəmziyyə Əliyeva, məktəb psixoloqları Zülfiyyə Məsimova və Aytən Məmmədovanın təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" adlı seminarın təşkili baş tutub. Seminarın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.Reproduktiv sağlamlığa təsir edən digər faktorlar-erkən nikah, cinsi və psixoloji zorakılıq barədə məlumat verilib.Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilərək onlara sanitar-gigiyenik qaydalara əməl etmək tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm  məsələsi olub. Seminarda 60 nəfər Vll və Vlll siniflərin qızları iştirak edib. Mövzu haqqında şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi