"Bullinqə yox deyək"
Məktəbin psixoloqu Aytən Məmmədova V və Vl sinif şagirdləri ilə "Bullinq nədir?", "Bullinqə yox deyək." başlığı altında maarifləndirici və profilaktik tədbir təşkil edib.Tədbirdə qeyd olunub ki, bullinq uşaqların incidilməsinə səbəb olan, ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin kiber, sosial, şifahi, psixoloji, fiziki zorakılıq növləri haqqında məlumat verilib. Bullinqin intihara yol açması halları barədə danışılıb. Şagirdlərə tövsiyə xarakterli məlumatlar səsləndirilib, suallar cavablandırılıb. Mövzu ilə əlaqədar slaydlar və videoçarxlar nümayiş etdirilib. Tədbirdə 143 nəfər şagird iştirak edib.