"Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi"

     BŞTİ-nin 13.01.2023- cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmrinə əsasən 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünün icrası ilə bağlı məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub.               

    Tədbirlər planına əsasən 19 yanvar 2023- cü il tarixdə məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə "Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı ədəbi-bədii kompozisiya təşkil olunub. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan B.Əliyeva qeyd edib ki,  20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə edib.

   Şagirdlər tədbirdə 20 Yanvar faciəsinə, vətənpərvərlik mövzusuna bayatılar, şeir, mahnı və səhnəciklər təqdim edib, videoçarx izləyiblər.  Tədbirin sonunda məktəbin direktoru Xoşqədəm Bağırova 20 Yanvar faciəsi ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verib, həmçinin çıxışında qeyd edib ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin güclü siyasəti və ordumuzun sayəsində artıq şəhidlərimizin qisası alınıb və bizim hər birimizin borcudur ki, onları daima yad edək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi