"Kiçik Akademiya" "Dəyirmi masa"
BŞTİ-nin 13.01.2023 -cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmrinə əsasən 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünün icrası ilə bağlı məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. Tədbirlər planına əsasən məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. "Kiçik Akademiya" nın rəhbəri Bilurə Əliyevanın təşkilatçılığı akademiyanın üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş "Dəyirmi masa" ətrafında söhbət aparıblar. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Kiçik Akademiya" nın rəhbəri Bilurə Əliyeva 20 Yanvar faciəsi ilə ətraflı məlumat verib və şagirdlərin hazırladıqları təqdimatlar nümayiş edilib.