"Qarabağım al-əlvandır hər tərəfdə Xarıbülbül"
BŞTİ -nin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən 7-dən 17-yə vətənpərvər layihəsinin keçirilməsi ilə əlaqədar "Şuşa İli" nə həsr olunmuş "Qarabağım al-əlvandır, hər tərəfdə Xarıbülbül" adlı ədəbi-bədii kompozisiya təşkil olunub.Tədbirdə məktəbin direktoru Xoşqədəm Bağırova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev də iştirak edib. Tədbir dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunub. Tədbirdə məktəbin direktoru Xoşqədəm Bağırova ilk öncə tədbir iştirakçılarını salamlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi, şəhid və qazilərimizin şagirdlər, gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarını təbliğ edilməsi istiqamətində təşkil olunan tədbirlərin böyük əhəmiyyət kəsb etdiyindən bəsh edib. Tədbir şagirdlər tərəfindən vətənpərvərlik ruhda ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam etdirilib.