"Narkotik haqqında həqiqəti öyrənək"
Binəqədi rayon 43- cü polis idarəsinin əməkdaşlarının iştirakı ilə "Narkotik haqqında həqiqəti öyrənək" "Narkotik insanı ölümə aparır" mövzusunda IX, X, XI sinif şagirdləri ilə görüş keçirilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Məktəbin direktoru Xoşqədəm Bağırova, Binəqədi rayon 43 -cü polis bölməsinin əməkdaşları çıxışların da narkotikin fəsadları, törətdiyi bəlalar, bəşəriyyətin ən böyük probleminə çevrilən narkomaniyanın zərərlərindən ətraflı bəhs olunub. Həmçinin tədbir də IX-X sinif şagirdlərinin əl işlərindən ibarət narkomaniyaya həsr olunmuş rəsm sərgisi və videoçarx nümayiş olunub. Məktəbin psixoloqu Aytən Məmmədova da öz çıxışın da narkomaniya haqqında tədbir iştirakçılarına məlumat verib. Görüşün sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavanlandırılıb.