"Şuşa ili" "Dəyirmi masa"
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci "Şuşa İli" elan olunub. Bununla bağlı məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biridə məktəbin kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə "Şuşanın dünəni və bu günü" başlığı altında "Dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa" da kitabxana müdiri İ. Babayeva çıxış edərək Şuşanın tarixi haqqında ümumi məlumat verib. Şagirdlər Bəhram Bağırzadənin Şuşa kitabını oxuyub, 44günlük davam edən "Vətən Müharibəsi və "Şuşanın dünəni bu günü" mövzusunda öz fikirlərini və düşüncələrini nəql ediblər.
Tədbirin sonunda Şuşaya aid videoçarx izlənilib.